Valdano Arbeloanın sözləri ilə bağlı: “Bu, klubun imicinə xələl gətirir”

Xəbərlər
20 Yanvar 2026 23:01
34
Valdano Arbeloanın sözləri ilə bağlı: “Bu, klubun imicinə xələl gətirir”

“Real Madrid”in keçmiş hücumçusu və məşqçisi Xorxe Valdano “Los Blancos”un baş məşqçisi Alvaro Arbeloanın kluba qarşı kampaniyalarla bağlı şərhlərinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, La Liqanın 20-ci turunda “Levante” ilə oyunda (2:0) Madrid azarkeşləri “Florentino, get!” şüarları səsləndiriblər.

Mütəxəssis bildirib ki, Peresin əleyhinə çıxanlar klubu sevmirlər. Daha sonra o, “Real Madrid”in nüfuzuna xələl gətirmək üçün kampaniyaların olduğunu və onların arxasında kimin dayandığını bildiyini iddia edib.

“O, bunun arxasında kimin dayandığını bildiyini dedi. Əlbəttə ki, onun məndən daha çox məlumatı var, çünki mən klub ətrafında aparılan bütün siyasi manevrlərdən, deyək ki, tamamilə xəbərsizəm. Onların açıqlanmasının yaxşı fikir olduğuna əmin deyiləm, çünki bu, yalnız klubun imicinə xələl gətirir. Klub hamımızındır”, - deyə “Mundo Deportivo” Valdanodan sitat gətirib.

İdman.Biz