“Kəpəz” futbol komandası stres və gərginliyi azaltmağın yollarını axtarıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında danışıb.
Mütəxəssis, Misli Premyer Liqasının VIII turunda səfərdə “Şamaxı” ilə 4:1 hesabı ilə qazandıqları oyundan sonra düşüncələrini paylaşıb: “Qələbəni azarkeşlərimizə həsr edirik, xüsusilə Babək adlı gənc azarkeşimizə. O, Gəncədən çıxarkən qələbəyə tam inandığını mənə söylədi. Çətin oyun olacağını bilirdik və bu gərginlikdən çıxmaq yollarını axtarırdıq. Əminəm ki, bu, önəmli bir açar olacaq. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. ‘Şamaxı’ oyunu necə aparacağını yaxşı bilir. Biz də lazımi təhlilləri etmişdik. Şükürlər olsun ki, qalib gəldik və azarkeşlərimizi sevindirdik.”
Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının turnir cədvəlində 3 xalla sonuncu – 12-ci pillədə yer alır.