FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan yığması bir pillə irəliləyərək, 123-cü sıraya yüksəlib.
Milli komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən olan Fransa bir pillə geriləyərək, üçüncü yerə düşüb. Ukrayna komandası bir pillə yüksələrək, 27-ci sırada mövqe tutub. Mövqeyinə dəyişiklik olmayan İslandiya 74-cü yerdədir.
Türkiyə komandası bir pillə irəliləyərək, 26-cı sırada mövqe tutur.
Sıralamaya əvvəlki kimi İspaniya komandası başçılıq edir. Argentina yığması Fransanı qabaqlayaraq, ikinci yerə yüksəlib. İlk onluqda müvafiq surətdə İngiltərə, Portuqaliya, Niderland, Braziliya, Belçika, İtaliya və Almaniya da yer alıb.
