Elvin Cəfərquliyev Fransa klubunun təklifindən İMTİNA ETDİ

Xəbərlər
17 Oktyabr 2025 10:18
52
Elvin Cəfərquliyev Fransa klubunun təklifindən İMTİNA ETDİ

Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev legioner həyatı yaşamağa yaxın olub.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçusunun yayda Fransaya yollanmaq variantı ortaya çıxıb.

Cəfərquliyevi “Sent-Etyen” heyətinə qatmaq istəyib. Hətta bununla bağlı “Qarabağ”a müraciət edib.

Lakin Elvin Fransaya yollanmaq variantından imtina edib və “Qarabağ”da qalmağa üstünlük verib.

İdman.Biz