Şahruddin ən çox seyv edən qolkiperlər SIRASINDA

Xəbərlər
16 Oktyabr 2025 14:45
56
Şahruddin ən çox seyv edən qolkiperlər SIRASINDA

Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində inamlı oyunu ilə fərqlənən futbolçular arasındadır.

İdman.Biz UEFA-ya istinadən xəbər verir ki, 31 yaşlı qolkiper seçmə mərhələdə D qrupunda geridə qalan dörd matçın hamısında meydana çıxıb və ümumən 19 seyv edib.

Bu, orta hesabla hər oyuna 4,75 qurtarış deməkdir. Şimali Makedoniya komandasının oyunçusu Stole Dimitriyevski də 19 dəfə komandasının xilaskarı olub.

Hər iki futbolçu bu göstəricilərlə 82 qapıçı arasında 11-12-ci yeri bölüşdürür.

Siyahıda ilk pilləni isə 34 seyvlə San-Marino millisindən Edoardo Kolombo tutur. İkinci yerdə Benyamin Bühel (Lixtenşteyn, 30 seyv), üçüncü pillədə isə İker Alvares (Andorra, 26 seyv) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın dörd seçmə maçında 11 qol buraxıb və iki qol vurub.

İdman.Biz