İngiltərə millisinin qapıçısı bir ildir qol buraxmır

Xəbərlər
15 Oktyabr 2025 17:30
32
İngiltərə millisinin qapıçısı bir ildir qol buraxmır

İngiltərə millisinin və “Everton”un qapıçısı Cordan Pikford millinin heyətində ardıcıl 10 oyundur qapısını toxunulmaz saxlayır.

İdman.Biz xəbər verir ki, bu göstərici son olaraq İngiltərənin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Latviya üzərində 5:0 hesablı qələbəsindən sonra yenilənib.

Pikford millidə son dəfə 2024-cü il oktyabrın 10-da UEFA Millətlər Liqasının B Liqası, 2-ci qrupunun 3-cü turunda Yunanıstana qarşı (1:2) keçirilən oyunda qol buraxmışdı.

Həmin qarşılaşmadan sonra o, Yunanıstan (3:0), İrlandiya (5:0), Albaniya (2:0), Latviya (3:0), Andorra (iki dəfə — 1:0 və 2:0), Serbiya (5:0), Uels (3:0) və son olaraq Latviya (5:0) oyunlarını “quru” hesabla başa vurub.

Qeyd edək ki, Tomas Tuxelin rəhbərliyi altında İngiltərə yığması Avropa zonasında DÇ-2026-ya vəsiqəni təmin edən ilk komanda olub.

İdman.Biz