Fransa potensial iştirakçılar arasında DÇ-2026-nın ən güclüsüdür – ESPN

Xəbərlər
15 Oktyabr 2025 20:28
37
Fransa potensial iştirakçılar arasında DÇ-2026-nın ən güclüsüdür – ESPN

ESPN Fransa millisini 2026-cı il dünya çempionatının ən güclü potensial iştirakçısı hesab edir.

İdman.Biz bildirir ki, Didye Deşamın yetirmələri turnirdə qalan və ya artıq vəsiqəni təmin etmiş 87 komanda arasında reytinq cədvəlinə başçılıq edir.

Siyahı komandanın orta qiymətləri və komandanın nəticələri əsasında tərtib edilib.

Güclülərin ilk iyirmiliyi belədir:

1. Fransa
2. İspaniya
3. İngiltərə
4. Portuqaliya
5. Braziliya
6. Niderland
7. Argentina
8. İtaliya
9. Almaniya
10. Uruqvay
11. Danimarka
12. Norveç
13. Belçika
14. Türkiyə
15. İsveç
16. Kolumbiya
17. Mərakeş
18. Xorvatiya
19. İsveçrə
20. Ukrayna.

Dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz