Çexiyanın baş məşqçisi Farer adalarına məğlubiyyətdən sonra istefaya göndərildi

Xəbərlər
15 Oktyabr 2025 19:58
41
Çexiyanın baş məşqçisi Farer adalarına məğlubiyyətdən sonra istefaya göndərildi

Çexiya millisinin baş məşqçisi istefaya göndərilib.

İdman.Biz bildirir ki, Çexiya Futbol Federasiyası millinin DÇ-2026-nın seçmə mərhələsində Farer adalarına 2:1 hesablı məğlubiyyətindən sonra İvan Qaşeklə əməkdaşlığı dayandırıb.

Qaşek 2024-cü ilin yanvarından Çexiya millisinə rəhbərlik edirdi.

Çexiya 7 oyundan 13 xalla dünya çempionatının seçmə qrupunda ikincidir. Öndə bir oyunu olan Xorvatiyadan 3 xal geri qalırlar.

İdman.Biz