“Qarabağ”ın sabiq futbolçusu: “Komandanın qələbələri sistemli işin nəticəsidir”

Xəbərlər
15 Oktyabr 2025 20:41
45
“Qarabağ”ın sabiq futbolçusu: “Komandanın qələbələri sistemli işin nəticəsidir”

“Qarabağ”ın sabiq futbolçusu Sedat Saini Sportal.az-a keçmiş klubu barədə danışıb.

O, Ağdam təmsilçisinin avrokuboklardakı uğurlu nəticələrindən danışıb:

“Qarabağ”ın Çempionlar Liqasında iki turdan sonra 6 xal qazanmasını sürpriz kimi görmədim. Son illərdə çox yaxşı işlər gördülər. Stabil iş gedir, Avropa təcrübəsi anlamında da önəmli səviyyəyə gəldilər. Komanda oyunu oturuşmuş durumdadır. Meydanda çox intizamlıdırlar. Xüsusilə də evdə azarkeşlərin dəstəyni yaxşı istifadə edirlər. Buna görə də “Qarabağ”ın ÇL-dəki qələbələri sürpriz deyil, sistemli işin nəticəsidir. “Qarabağ”ın bu səviyyələrdə olmasının ən böyük sirri stabillik, planlaşdırmanın doğru istiqamətdə irəliləməsidir. Rəhbərlik uzunmüddətli işlər düşünür. Avropa arenasında rəqabət edə biləcək heyətin yığılıb. Komandada intizam və oyun anlayışında daimilik, uğurun təməlini qurur".

Hazırda Kosovo çempionu “Drita”nın məşqçisi kimi çalışan Saini ÇL-in 3-cü turunda “Atletik” qarşısına çıxacaq “Qarabağ”ın şanslarını dəyərləndirib:

"Atletik"ə qarşı görüş çox ağır olacaq. Bilbao təmsilçisi fizik gücü və tempi ilə önə çıxan komandadır. Amma “Qarabağ” artıq Avropada təcrübəli komanda halına gəlib. Qarşılaşmanın taleyini orta sahə mübarizəsi aydınlaşdıracaq”.

İdman.Biz