“Kəpəz” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Bu barədə İdman.Biz-ə Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
“Sarı-göylər” Şahmar Aşurovu heyətinə qatıb. 21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ş.Aşurov son olaraq “Zirə” klubunun formasını geyinib.