“Kayrat” niyə əcnəbiyə yox, yerli baş məşqçiyə üstünlük verir? - AÇIQLAMA

Xəbərlər
15 Oktyabr 2025 13:20
84
“Kayrat” niyə əcnəbiyə yox, yerli baş məşqçiyə üstünlük verir? - AÇIQLAMA

Qazaxıstanın “Kayrat” klubunun müşahidə şurasının sədri Kayrat Boranbayev komandanın baş məşqçisi vəzifəsini əcnəbi mütəxəssis deyil, Rafael Urazbaxtinin yerinə yetirməsinin səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Boranbayev bu qərarın uzun illər ərzində görülən işlərə əsaslandığını bildirib:

“Əvvəla, Rafael futbolçu kimi artıq formalaşmış, yetkin bir idmançı idi. O, milli komandada da çıxış edib. Bizim klubda artıq on ildir işləyir və bu müddətdə bütün mərhələlərdən keçib. Bu illər ərzində klubda çox şey dəyişib və o, bütün bu dəyişikliklərin içində idi.

Hətta biz əcnəbi məşqçiləri dəvət etdikdə belə, hər zaman klubun maraqlarını təmsil edən yerli bir şəxs olmasına diqqət yetirirdik. Rafael Radikoviç həm Berdıyev, həm də Kerjakovla birlikdə çalışıb, buna görə də böyük təcrübə toplayıb. Adətən ikinci məşqçi bir çox məsələdə baş məşqçidən də çox bilir.”

Qeyd edək ki, Rafael Urazbaxtinin rəhbərliyi altında “Kayrat” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

İdman.Biz