AFFA əməkdaşları UEFA-nın seminarına qatılıblar

Xəbərlər
15 Oktyabr 2025 11:26
35
AFFA əməkdaşları UEFA-nın seminarına qatılıblar

AFFA əməkdaşları Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolda idarəçilik" mövzusunda seminarına qatılıblar.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer Adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) iştirak etdiyi seminara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov qatılıblar.

Tədbir oktyabrın 16-dək davam edəcək.

İdman.Biz

Məqalədə: