Abdulla Xaybullayev: “Evdəki matçdan daha yaxşı görünürdük”

Müsahibə
15 Oktyabr 2025 12:43
31
Abdulla Xaybullayev: “Evdəki matçdan daha yaxşı görünürdük”

“Düzünü desəm, ayaqlarım Ukrayna ilə matçda tam hazır deyildi”.

Bunu Azərbaycan millisinin futbolçusu Abdulla Xaybullayev sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirdiyiniz oyunla bağlı fikirlərini almaq istərdik…

- Təbii ki, təəssüratlarım yaxşıdır. Onlar dünya çempionu olublar. Başqa nə deyə bilərəm? Fransa güclü rəqibdir. Heyətində ulduz futbolçular var. Təbii ki, onlara qarşı oynamaq çətin idi.

- Yəqin ki, mətbuatı izləyirsən. Jurnalistlər və azarkeşlər oyununu yüksək qiymətləndirirlər və tərifləyirlər. Özün necə düşünürsən?

- Hələ oyunların videoyazısını izləməmişəm. Ancaq ilk növbədə sizə təşəkkür etmək istəyirəm. Xoş sözlər üçün minnətdaram. Hələ yazılanlara baxmaq imkanım olmayıb. “YouTube”a girirəm, amma orada matç yoxdur. Bakıda olanda izləyəcəyəm.

- Yaxşı, heç olmasa oyun vaxtı bunu hiss etmədin? Mübarizə apardın, meydanın mərkəzində dağıdıcılıqla fransızları bizlər üçün yaxşı mənada, bezdirmişdin.

- Düzünü desəm, biz hamımız Fransa ilə oyunda bunu edirdik. Demək olar ki, bütün komanda. Həm Ukraynaya, həm də bu rəqibə qarşı belə idi. Hamımız birlikdə döyüşdük.

- Biz başa düşürük Fransa ilə matçda xal qazanmaq real görünmürdü. Səncə, ilk oyunu Ukraynaya qarşı keçirsəydik, heç-heçə və ya hətta qələbə qazana bilərdik? Axı komanda ilk qarşılaşmada çox yorulmuşdu.

- Ukraynaya qarşı bunu etmək real olardı. Hətta üç xala da nail ola bilərdik. Onlara qarşı oynaya bilərdik. Yəqin ki, siz də bunu meydanda gördünüz. Evdəki matçdan daha yaxşı görünürdük. Onu düşünürəm ki, məğlubiyyətə layiq deyildik.

- Birinci Ukrayna ilə oynamaq yəqin ki, fiziki olaraq sizin üçün daha asan olardı?

- Mən də belə düşünürəm. Düzünü desəm, ayaqlarım Ukrayna ilə matçda tam hazır deyildi. Oyun vaxtı özümü birtəhər ələ almağa, hər yerə qaçmağa və tələsməməyə çalışırdım. Mən qıcolmaları nəzarətdə saxlamağa da çalışdım. Amma sancılar olmadı. Özümü cilovladım, fasilədən sonra da meydanda istədiyimi etməyə çalışdım. Bu ay ilk matçımız Ukraynaya qarşı olsaydı, daha yaxşı oynayardıq, buna əminəm.

- Səncə, baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında keçirilən son üç matç millinin simasını çox dəyişdi? Yəni, mütəxəssis komandaya çoxmu təsir edib?

- Mən bu fikirdəyəm. Hətta oyuna görə də. Fransa ilə qarşılaşmada heç bir hücumumuz olmadı. Sadəcə, döyüşdük. Ukraynaya qarşı iki görüşdə isə öz fürsətlərimizi yaxalaya bildik. Hətta ilk matçda da topa nəzarət etməyə çalışırdıq. Ukrayna ilə ikinci qarşılaşmanı siz də gördünüz. Onlar 2:1 hesabı ilə önə keçəndən sonra bir az təəccübləndim. Biz artıq onların cərimə meydançasına yaxın idik. Onlar bizi müdafiədən qarşılayırdılar. Biz də topa nəzarət edirdik, oyunda dominantkıq edirdik.

- Bu seçmə mərhələdə şansımızın olmadığı bəlli idi. Fransa, Ukrayna və İslandiya ilə oyunlarda favorit ola bilmərik. Ancaq yenə də qapını bərk çırpa bilərik. Bakıda İslandiya ilə matçdan gözləntilərin nədir?

- Niyə də olmasın. İslandiya öz meydanında yaxşı oynadı. Onlar da güclüdür. Yaxşı komandaları var. Evdə yaxşı oyun sərgiləyirlər. Amma biz evdə niyə də qələbə qazanmayaq? Həmin görüşdə azarkeş dəstəkləri olmayacaq. Sizə deyim ki, evdə fransızlardan da xal qooarmağa çalışacağıq.

- Bu cür oyunlardan sonra yəqin ki, başqa klublar səninlə maraqlanacaq. Özünü ölkə kənarında oynamağa hazır hesab edirsən?

- Mən hazıram, ya yox, bilmirəm. Əlbəttə istəyirəm. Avropada oynamaq mənim arzumdur.

- Bu sual xoşuna gəlməsə də, verməliyəm, verəcəm də. Oyunun əvvəlində Azərbaycan Himnini oxumayan iki futbolçudan biri idin...

- Bunu öyrənəcəyik.

- Növbəti matçda?

- Sadəcə, onu deyə bilərəm ki, öyrənəcəm.

İdman.Biz