Portuqaliya millisinin və PSJ klubunun 20 yaşlı yarımmüdafiəçi Joau Neveşin sevgilisi ilə fotosu mətbuat nümayəndələrinin diqqətini çəkib.
İdman.Biz xəbər verir ki, Neveşdən bir yaş kiçik olan portuqaliyalı aktrisa və model Madalena Araqoa karyerasının ili ərzində ümumilikdə 26-dan çox film və serialda rol alıb.
Neveşlə Madalenanın tanışlığı 2024-cü ilin əvvəlində Lissabonda başlayıb. O zaman Joau hələ “Benfika”nın uğurları üçün tər tökürdü.
Qeyd olunur ki, Madalena Araqoa artıq Portuqaliyada nüfuzlu “Golden Globe” kino mükafatına namizədlər sırasındadır.