Levandovski ciddi zədə aldı

Xəbərlər
14 Oktyabr 2025 16:37
32
Levandovski ciddi zədə aldı

İspaniyanın “Barselona” klubunun futbolçusu Robert Levandovski Polşa millisinin toplanışı zamanı ciddi zədə alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

Onun sol bud nahiyəsində ciddi zədə aşkarlanıb. Hücumçunun yaşıl meydanlara qayıdışı müalicənin gedişatından asılı olacaq.

Qeyd edək ki, Levandovski “Barselona”nın heyətində meydana çıxdığı doqquz matçda dörd qola imza atıb.

İdman.Biz