Avropa çempionatı: Azərbaycan Rumıniyaya qarşı

Xəbərlər
14 Oktyabr 2025 10:33
44
Avropa çempionatı: Azərbaycan Rumıniyaya qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, doqquzuncu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı
Seçmə mərhələsi
14 oktyabr

17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
“Bourret” stadionu, Kapbreton

İdman.Biz