“Mançester Yunayted” və “Mançester Siti” “Bavariya”nın oyunçusu ilə maraqlanırlar

Xəbərlər
14 Oktyabr 2025 20:20
34
“Mançester Yunayted” və “Mançester Siti” “Bavariya”nın oyunçusu ilə maraqlanırlar

“Mançester Yunayted” və “Mançester Siti” “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçin nümayəndələri ilə əlaqə qurublar.

İdman.Biz-in “Daily Mail”ə istinadən verdiyi məlumata görə, almaniyalı futbolçunu “Yuventus” və PSJ də izləyir.

Mənbənin bildirdiyinə görə, “Siti”nin baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu klubla müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Rodrini əvəz edəcək futbolçu kimi nəzərdən keçirir. “Qırmızı şeytanlar”ın da mərkəz yarımmüdafiəçisinə ciddi ehtiyacı olduğu vurğulanır.

Pavloviç 2011-ci ildən “Bavariya”da çıxış edir. O, Almaniya nəhənglərinin böyük komandasında bütün yarışlarda 62 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz