İsveç millisinin baş məşqçisi istefaya göndərildi

Xəbərlər
14 Oktyabr 2025 19:40
30
İsveç millisinin baş məşqçisi istefaya göndərildi

İsveç Futbol Assosiasiyası millinin baş məşqçisi Yon Dal Tomassonu istefaya göndərmək qərarına gəlib.

İdman.Biz bildirir ki, İsveç DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Kosovoya 1:0 hesabı ilə məğlub olub.

“Bizim bir qrup oyunçumuz var ki, onlara çox inanırıq və onlar üçün yeni imkanlar yaratmaq istəyirik. İnanırıq ki, bu komanda martda keçiriləcək pley-off mərhələsinə düşə bilsə, dünya ççempionatına vəsiqə qazana bilər”, - qurumun rəsmi saytında bildirilir.

İsveç 2026-cı il dünya çempionatının seçmə qrupunun sonuncu pilləsində qərarlaşıb. Komanda üç görüşdə məğlub olub, bir heç-heçə edib. Komanda qalan oyunlarında İsveçrə və Sloveniya ilə qarşılaşacaq.

Danimarkalı məşqçi Yon Dal Tomasson 2024-cü ilin martından İsveç millisini çalışdırırdı.

İdman.Biz