II Liqa: “Xankəndi” liderliyi əldən verdi

Xəbərlər
14 Oktyabr 2025 20:06
35
II Liqa: “Xankəndi” liderliyi əldən verdi

Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” indiyədək itkizi gedən “Xankəndi”ni məğlub edib və liderliyi ələ keçirib. “Sheki City” və “Quba” da oyunlarını qalibiyyətlə başa vurublar.

II Liqa, V tur
14 oktyabr

“Quba” – “Göygöl” 2:1
Qollar: V.Cəfərov, 73, C.Qasımov, 76 - S.Omarov, 87

“Sheki City” – “Şəmkir” 1:0
Qol: C.İmamverdiyev, 72
Qırmızı vərəqə: E.Dəmirov, 82 ("Şəki Siti")

“Qaradağ Lökbatan” – “Xankəndi” 2:0
Qollar: R.Şahmuradov, 68, Ş.Zəkiyev, 80 (avtoqol)

Çempionatda ilk üç pilləni hərəyə 12 xal toplamış “Qaradağ Lökbatan”, “Şirvan” və “Xankəndi” paylaşırlar.

İdman.Biz