“Fransa ilə oyundan sonra bu gün futbolçularımız üçün asan olmayacaq”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oktay Abdullayev yığmamızın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşması ilə bağlı fikirlərini bölüşərkən deyib.
O qeyd edib ki, bu gün millimiz üçün çətin matç keçəcək: “Amma inanıram ki, Ukraynaya qarşı uğurlu nəticə göstərə bilərlər”.
O, qarşıdakı oyunla bağlı proqnoz verib: “Əgər baş məşqçi Ayxan Abbasov ilk oyunda olduğu kimi taktikanı tətbiq etsə, futbolçularımız həmin nəticəni təkrarlaya bilər. Mənim proqnozum 1:1-dir. Əsas odur ki, hücumçular öz işlərini düzgün yerinə yetirsinlər. Müdafiədə isə Abbasovun gəlişindən sonra artıq müsbət dəyişikliklər müşahidə olunur”, - deyə Oktay Abdullayev vurğulayıb.
Vüqar Vüqarlı