Almaniyanın “Şalke 04” klubunun İrlandiyanın paytaxtı Dublin şəhərində “Bohemians”lə keçirdiyi yoldaşlıq oyunu qalmaqalla yadda qalıb.
İdman.Biz Bild.de-yə istinadla xəbər verir ki, britaniyalı fotoqraf Karlı Klark və həmkarı Stiven Lovell-Devis şəhər küçələrində “Şalke” azarkeşlərinin yürüşünü çəkərkən hücuma məruz qalıblar. Azarkeşlər Lovell-Devisi yerə yıxaraq zərbələr endiriblər.
Klarkın sözlərinə görə, “Ultras”lar şəkil çəkilməsinə etiraz edib və hadisə zamanı panika yaşanıb.
Hadisə polisin nəzarətinə verilib. Klub rəsmi açıqlamasında baş verənləri “qəbuledilməz” adlandıraraq, məsul şəxslərin cəzalandırılacağını bəyan edib.
Klark “Şalke”yə cavabında qeyd edib ki, belə hadisələr klubun imicinə zərər vurur.