Mbappe kumirinin adını açıqlayıb

Xəbərlər
12 Oktyabr 2025 20:25
32
Mbappe kumirinin adını açıqlayıb

Madrid “Real”ının fransız hücumçusu Kylian Mbappé idealı və nümunə götürdüyü oyunçunun adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, ulduz futbolçu bu barədə "Movistar"a verdiyi müsahibədə bildirib.

O, kumirinin portuqaliyalı ulduz Kriştiano Ronaldu olduğunu deyib: "40 yaşlı hücumçu mənim üçün hər zaman örnəkdir. Ronaldu həmişə mənim üçün nümunə və ideal olub. Mən şanslıyam ki, onunla ünsiyyətim var, o mənə məsləhət verir və kömək edir. Nömrə bir olan Kriştiano "Real" üçün etalondur. İnsanlar hələ də onu xatırlayır və onun haqqında danışır”.

Qeyd edək ki, Mbappe cari mövsümdə “Real”ın bütün turnirlərdə 10 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib. Fransız hücumçu Çempionlar Liqasında bombardirlər siyahısında 5 qolla ilk sıradadır.

Xatırladaq ki, Kriştiano Ronaldu 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunda oynayır. Bundan əvvəl isə “Mançester Yunayted”, “Yuventus”, “Real” və Lissabon “Sportinq” komandalarında çıxış edib.

İdman.Biz