Portuqaliya millisinin və “Real”ın sabiq müdafiəçisi Pepe Kriştianu Ronaldo ilə bağlı fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, Pepe “beIN Sports”a açıqlamasında əsasən portuqaliyalı ulduzun karyerasını başa vuracağı günə diqqət çəkib:
“Kriştianonun karyerasını bitirəcəyi gün bizim, yəni azarkeşləri üçün çox ağır olacaq. Televizoru açıb artıq onu meydanda görməmək çox çətin olacaq”.
Qeyd edək ki, Pepə və Ronaldo 2007–2017-ci illərdə “Real”da, 2024-cü ilə qədər isə Portuqaliya millisində birlikdə çıxış ediblər. Kriştianu Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.