Azərbaycanın titullu futbolçularından biri ailə qurmağa hazırlaşır.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Araz Abdullayevdən sonra Elvin Yunuszadə də “subaylığın daşını” atacaq.
“Karvan-Yevlax”ın 33 yaşlı müdafiəçisinin xoş günü noyabr ayına planlaşdırılıb.
Yunuszadə gələn ay Bakıdakı şadlıq evlərinin birində dost-tanışını, yaxınlarını və futbol ictimaiyyətini başına yığacaq.
Azərbaycan millisinin keçmiş üzvü karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Kəpəz”, “Qəbələ”, “Şkupi” (Şimali Makedoniya) kimi komandaların şərəfini qorumaqla 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb.