Niderland millisi Finlandiyanı darmadağın etdi - VİDEO

Xəbərlər
12 Oktyabr 2025 22:15
33
Niderland millisi Finlandiyanı darmadağın etdi - VİDEO

Niderland millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, “Yohan Kroyf Arena”da keçirilən oyunda niderlandlılar Finlandiyanı 4:0 hesabı ilə məğlub ediblər.

Matçda hesabı 8-ci dəqiqədə Doniyell Malen açıb. 17-ci dəqiqədə Vircil van Deyk fərqi artırıb. 38-ci dəqiqədə Memfis Depay penaltini dəqiq yerinə yetirib, 84-cü dəqiqədə isə Kodi Qakpo yekun nəticəni müəyyənləşdirib – 4:0.

Bu qələbədən sonra Niderland yığması 16 xalla G qrupunun lideridir. Finlandiya isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Niderland növbəti oyununu noyabrın 14-də səfərdə Polşaya qarşı keçirəcək. Finlandiya isə həmin gün Maltanı qəbul edəcək.

İdman.Biz