Avropa zonası üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 4-cü turunda Şotlandiya millisi Belarusu 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, matçda hesabı 15-ci dəqiqədə Çe Adams açıb.
84-cü dəqiqədə Skott Maktominay fərqi artıraraq Şotlandiyanı önə çıxarıb. 90+6-cı dəqiqədə Qleb Kuçko bir qol fərqi yaratsa da, bu komandası üçün yetərli oolmayıb.
Qeyd edək ki, bu nəticədən sonra Şotlandiya 10 xalla C qrupunun lideridir. Belarus isə xalsız olaraq sonuncu pillədədir.