PSJ-nin sabiq futbolçusu Rafinya komandanın Lionel Messi, Neymar və Killian Mbappe kimi ulduzlara malik olduğu dövrdən danışıb.
İdman.biz xəbər verir ki, braziliyalı yarımmüdafiəçi həmin illərdəki vəziyyətlə bağlı "Lance" nəşrinə danışıb.
“İlk məşqdə hamı bir araya gələndə dərhal dedim ki, belə alınmayacaq. Qapıda Navas və Donnarumma var idi — onlardan biri oynamayacaq və bu, gərginlik yaradacaqdı. Müdafiədə Markinyos – dəyişilməz lider, Kimpembe – PSJ-nin siması, Serxio Ramos – dünya ulduzu. Hamısı əsas heyət səviyyəsində idi. Hücumda isə Di Mariya, Mbappe, Neymar və Messi… Hansını kənarda saxlayasan? Di Mariyanı? Onun nüfuzu və təcrübəsi ilə bunu etmək mümkünsüz idi. Bu səbəbdən də sistem işləmirdi”, - deyə Rafinya vurğulayıb.
Onun sözlərinə görə, həmin dövrdə PSJ dünyanın ən güclü heyətinə malik olsa da, bu qədər ulduzu idarə etmək baş məşqçi üçün olduqca çətin idi: “Bu, kağız üzərində mükəmməl komanda idi, amma idarə etmək dəhşət qədər çətin idi. Mən o vaxt çox oynamırdım, sadəcə kənardan izləyirdim.”
Qeyd edək ki, ötən mövsüm PSJ Messi, Neymar və Mbappesiz UEFA Çempionlar Liqasının qalibi olub.