Xərçəngdən əziyyət çəkən braziliyalı kapitan oyuna çıxdı

Xəbərlər
8 Oktyabr 2025 15:02
39
Xərçəngdən əziyyət çəkən braziliyalı kapitan oyuna çıxdı

Braziliyanın “Bahiya” klubunun kapitanı, 36 yaşlı yarımmüdafiəçi Everton Riberoya xərçəngi diaqnozu qoyulub.

İdman.biz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, oktyabrın 6-da futbolçu Braziliya A Seriyasının “Flamenqo”ya qarşı oyununda (1:0) 87 dəqiqə meydanda olub. Elə ertəsi gün o, əməliyyat masasına uzanıb. Əməliyyat uğurla başa çatıb. Riberonun diaqnozu barədə çox az adamın xəbəri olub — o, xəstəliyini gizli saxlamağı bacarıb və peşəkarlığı ilə klub rəhbərliyini, azarkeşləri və komanda yoldaşlarını heyran edib.

Cari mövsümdə təcrübəli futbolçu Braziliya çempionatında 24 oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.

O, bundan əvvəl “Korintians”, “Kruzeiro” və “Flamenqo” kimi klubların da formasını geyinib.

İdman.biz