“Kəpəz”in qış transfer dönəmində vidalaşacağı futbolçulardan biri dəqiqləşib.
İdman.biz sport24.az-a istinadən xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Azər Bağırovun “qara siyahı”sında qapıçı Kaçper Rosanın da adı var.
Polşalı qolkiperin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Bağırov bu mövqeyə yeni oyunçu transfer edilməsini də istəyib.
Mütəxəssisin 3-4 legionerdən razı qalmadığı və onlarla yolların ayrılmasının gündəmdə olduğu daha əvvəl oxuculara bildirilib.
Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının ilk yeddi matçının hamısında məğlub olub.