İtaliyanın gənclər yığmasının məşqindən maraqlı görüntülər yayılıb.
İdman.biz telegrafi.com-a istinadla xəbər verir ki, futbolçular məşq zamanı gözlərində pirat filmlərindəki kimi sarğılarla çalışıblar.
Baş məşqçi Silvio Baldini bu metodu daha əvvəl də tətbiq edib. Onun sözlərinə görə, bu üsul futbolçuların diqqətini artırır.
Bəzi italyan KİV-ləri qeyd edir ki, milli komandanın baş məşqçisi Cennaro Gattuzo da bu metodu tətbiq edərsə, İtaliyanın 2026 dünya çempionatına vəsiqə qazanmaq şansı arta bilər.