Elxan Abdullayev: “Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq”

Xəbərlər
7 Oktyabr 2025 13:52
30
Elxan Abdullayev: “Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olub.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, Özbəkistanda keçirilən təlim-məşq toplanışı barədə fikirlərini bildirib: "Noyabrda Maltada baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarından öncəki son təlim-məşq toplanışımızı keçirik. Özbəkistanla iki yoxlama oyunu keçirəcəyik. Rəqib çox güclü komandadır. Bu matçlarda gücümüzü sınayacağıq və seçmə mərhələyə nə dərəcədə hazır olduğumuzu görəcəyik. Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam. Çünki belədə çatışmazlıqlarımızı görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq. Bəzi futbolçularımız U-21 millimizə dəvət alıblar. Bu səbəbdən Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik. Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq".

Qeyd edək ki, U-19 toplanış çərçivəsində oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

İdman.biz