Arda Güler dərin yuxuya gedən Mbappenin fotosunu PAYLAŞDI - FOTO

Xəbərlər
7 Oktyabr 2025 14:29
34
Arda Güler dərin yuxuya gedən Mbappenin fotosunu PAYLAŞDI - FOTO

“Real”ın (Madrid) türkiyəli yarımmüdafiəçisi Arda Güler Çempionlar Liqasının II turu çərçivəsində “Kayrat”la (Qazaxıstan) Almatıda keçirilən səfər oyundan sonra çəkdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.

İdman.biz xəbər verir ki, şəkildə Mbappenin Qazaxıstandan İspaniyaya uçan təyyarənin göyərtəsində dərin yuxuya getdiyi əks olunub.

Öz növbəsində fransalı ulduzun da fotoya cavabı gecikməyib. “Qazaxıstana səfər asan olmadı, qardaş”, – Mbappe türkiyəli futbolçunun paylaşımına cavab yazıb.

Xatırladaq ki, sentyabrın 30-da baş tutan “Kayrat”-“Real”(Madrid) oyunu İspaniya klubunun 0:5 hesablı qələbəsi ilə bitib.

İdman.biz