Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax” klubu heyətini iki futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, autsayder “Karvan-Yevlax” “Səbail” klubunun futbolçusu Emin Rüstəmovu mövsümün sonuna qədər icarəyə götürüb. Futbolçunun “Səbail”lə müqaviləsi 2027-ci ilin iyul ayına qədər qüvvədədir. Emin Rüstəmov Azərbaycan U-21 millisinin kapitanıdır.
Bununla yanaşı, “Karvan-Yevlax” I Liqada çıxış edən “Mingəçevir” klubunun üzvü Qurban Səfərovu da heyətinə qatıb.
Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan Yevlax təmsilçisi mövsümün ikinci yarısı ərəfəsində heyətini yeniləməklə əsas liqada qalmaq uğrunda mübarizəni gücləndirməyi hədəfləyir. 16 turdan sonra komanda cəmi altı xal toplayıb.
