"Lill" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu – VİDEO

Xəbərlər
6 Oktyabr 2025 01:15
30
"Lill" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu – VİDEO

Fransa Liqa 1-in VII turunda “Lill” öz meydanında PSJ ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, gərgin keçən oyun 1:1 hesabı ilə başa çatıb.

PSJ-nin hesabdakı üstünlüyünü müdafiəçi Nunu Mendeş 66-cı dəqiqədə təmin edib. Lakin meydan sahibləri matçın sonlarına yaxın cavab verməyi bacarıblar – 85-ci dəqiqədə Eten Mbappe tarazlığı bərpa edib.

Qeyd edək ki, bu nəticədən sonra “Lill” 11 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. PSJ isə 16 xalla Fransa çempionatının lideridir.

İdman.biz