Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in kapitanı və yarımmüdafiəçisi Bruno Fernandes üçün yeni təkliflə qış transfer pəncərəsində yenidən hərəkətə keçməyi planlaşdırır.
İdman.biz "Manchester Evening News"a istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalıya həftədə 800 min avro, yəni ildə təxminən 38 milyon avro maaş təklif olunacaq.
Bu məbləğ futbolçunun hazırkı qazancından iki dəfədən çoxdur.
Yayda “Mançester Yunayted” “Əl-Hilal”ın 115 milyon avroluq transfer təklifini rədd etmişdi. Fernandes 2020-ci ilin qışından İngiltərə klubunun formasını geyinir. Bu müddətdə o, 298 oyunda 100 qol vurub, 86 məhsuldar ötürmə edib.
Qeyd edək ki, portuqaliyalı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, onun bazar dəyəri isə Transfermarkt məlumatına görə, 50 milyon avro təşkil edir.