Emmanuel Addai: “Həmişə o qolu gözləyirdim” - MÜSAHİBƏ

Müsahibə
5 Oktyabr 2025 13:55
30
Emmanuel Addai: “Həmişə o qolu gözləyirdim” - MÜSAHİBƏ

“Məşqçimizin kollektivi ayrıca motivasiya etməsinə ehtiyac yoxdur. Biz peşəkar oyunçularıq və nə etməli olduğumuzu bilirik”.

Bunu “Qarabağ”ın futbolçusu Emmanuel Addai Sport24.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- Premyer Liqasının VII turunda evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsən?

– Düşünürəm ki, heyətdəki bir neçə futbolçu bu matça hazır idi. Hər zaman hazır olmalıyıq. Amma göründüyü kimi meydanda nələrin baş verdiyini anlamadıq. Bir az çətin matç oldu. Bilmirəm, bəlkə də rəqibdə baş məşqçi dəyişikliyi olduğu üçün bu cür alındı. Amma şükürlər olsun ki, qol vura bildik.

- Çempionlar Liqasında "Kopenhagen"ə qalib gəldiyiniz matçda fərqlənmişdin. Həmin matçdan sonda komandada ab-hava necədir? Özünü necə hiss edirsən?

- Əla hiss edirdim. Əvvəlcə hər şey üçün Allaha təşəkkür etmək istəyirəm, həmçinin məşqçimə, komandama və hər kəsə. Qələbə qazanmaq möhtəşəm idi və hər kəsin buna görə sevindiyini görmək məni xoşbəxt etdi. Oynadığım ölkə sevindiyi zaman mən də xoşbəxt oluram. Bu, inanılmaz bir qələbə idi.

– İki oyundan sonra 6 xal qazandınız. Artıq növbəti mərhələ haqqında düşünmək olar?

- Əlbəttə. Hədəf növbəti mərhələyə vəsiqə qazanmaqdır. Bilirdik ki, Çempionlar Liqasına hazırıq və arzumuz əlimiz çatdığı qədər irəliləməkdir.

– Milli komandaların oyunları ilə əlaqədar fasilə olacaq. Bu dövr komandanın ritminə təsir edə bilər?

- Xeyr, hamımız hazırıq. Bizim məşqçimizin kollektivi ayrıca motivasiya etməsinə ehtiyac yoxdur. Biz peşəkar oyunçularıq və nə etməli olduğumuzu bilirik. Hər şeyə səssiz-səmirsiz hazırlaşırıq. Hətta növbəti çempionat oyununu da düşünmürük, fikrimiz "Atletik"lə qarşılaşmadadır.

– "Kopenhagen" oyununda stadion dolu idi. Amma bu matçda az azarkeş var idi. Bu fərq sənə necə təsir etdi?

- Nə deyə bilərəm? Bəzən boğazım ağrıyır, bəzən də boğazım ağrıyır (gülür). Amma ən vacib olan çempionatdır. Çempionatda oynamaqdan zövq alıram. Bəzən bu liqada olmaq mənə çox xoş gəlir. Qolun bir az yüngül şəkildə seçilməsi də mənim üçün maraqlı idi.

- "Kopenhagen"lə matçda fərqləndin və o qol turun günün ən yaxşısı seçildi. Bunu gözləyirdinmi?

- Həmişə o qolu gözləyirdim. Amma özüm üçün yox, azarkeşlər üçün. Məncə, bu qolu vurmaq istədiyim anda, artıq onun qapıya gedəcəyini bildirdim. O qola çox ehtiyacım var idi.

İdman.biz