Şimali Marian adaları FIFA-ya üzv olmaq üçün Trampdan kömək istədi

Xəbərlər
4 Oktyabr 2025 18:07
31
Şimali Marian adaları FIFA-ya üzv olmaq üçün Trampdan kömək istədi

Şimali Marian adalarının futbol yığması FIFA-ya üzvlük üçün ABŞ prezidenti Donald Trampdan kömək istəyib.

İdman.biz bu barədə sports.ru portalına istinadən məlumat verir.

Bildirilib ki, yerli federasiya indiyədək üç dəfə müraciət etsə də, ABŞ ilə sıx əlaqələr səbəbindən rədd cavabı alıb. Qeyd olunur ki, adaların statusu FIFA-nın üzvü olan Puerto-Rikoyla eynidir – tamhüquqlu muxtar ərazi hesab olunur.

Qeyd edək ki, Şimali Marian adaları Sakit okeanda yerləşir və ABŞ-nin himayəsində muxtar inzibati vahiddir. 16-cı əsrdə ispan səyyahı Ferdinand Maqellan tərəfindən kəşf olunub, sonradan ispanlar burada yerləşib. 19-cu əsrin sonlarında adaları Almaniya İspaniyadan alıb, I Dünya müharibəsində Yaponiya, II Dünya müharibəsindən sonra isə ABŞ işğal edib və adalar muxtar status qazanıb.

İdman.biz