“Turan Tovuz” böyükhesablı qələbə qazanaraq liderliyə yüksəldi - YENİLƏNİB + VİDEO

Xəbərlər
4 Oktyabr 2025 21:30
163
“Turan Tovuz” böyükhesablı qələbə qazanaraq liderliyə yüksəldi - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt" - "Turan Tovuz" qarşılaşması başa çatıb.

İdman.biz xəbər verir ki, oyunda "Turan Tovuz" qalib gəlib - 3:0. Bu qələbədən sonra Tovuz komandası 15 xalla turnir cədvəlində birinci yerə çıxıb.

"Sumqayıt" isə 11 xalla beşinci pillədədir.

21:25

"Turan Tovuz" üçüncü topu "Sumqayıt"ın qapısından keçirib.

İdman.biz bildirir ki, 90+3-də Ayxan Hüseynov sumqayıtlıları bir daha meydanın mərkəzinə dəvət edib.

21:06

"Sumqayıt" "Turan Tovuz"la oyunda hesab arasındakı fərqi azaltmaq şansını əldən verib.

İdman.biz bildirir ki, 72-ci dəqiqədə Aleksandr Ramalinqom penaltini qola çevirə bilməyib.

20:52

"Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasında ikinci qol vurulub.

İdman.biz bildirir ki, Tovuz komandasının oyunçusu Souza 59-cu dəqiqədə hesabı 2:0-a çatdırıb.

20:37

"Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasında ikinci hissə start götürüb.

İdman.biz xəbər verir ki, ilk yarıdan sonra tovuzlular qarşılaşmada irəlidədirlər - 1:0.

20:21

Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasında ilk 45 dəqiqə başa çatıb.

İdman.biz xəbər verir ki, birinci hissədən sonra Tovuz komandası 1:0 hesabı ilə irəlidədir.

20:07

“Sumqayıt” - “Turan Tovuz” oyununda hesab açılıb.

İdman.biz bildirir ki, 35-ci dəqiqədə Batista tovuzluları irəli çıxarıb.

19:31

Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt" - "Turan Tovuz" oyunu start götürüb.

İdman.biz bildirir ki, qarşılaşmanın baş hakimi Fərid Hacıyevdir.

19:00

"Sumqayıt" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində doğma meydanda "Turan Tovuz"u qəbul edir.

İdman.biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 47. Hüseyn Xıdırov 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 19. Roi Kehat 10. Nikola Ninkoviç

Baş məşqçi: Saşa İliç

“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev

Baş məşqçi: Kurban Berdiyev

09:43

Misli Premyer Liqasında VII turun daha bir oyunu bu gün keçiriləcək

İdman.biz xəbər verir ki, turun ikinci qarşılaşması Sumqayıtda baş tutacaq.

“Turan Tovuz” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, meydan sahibləri 11 xalla 4-cü, qonaqlar 12 xalla 3-cüdür.

Misli Premyer Liqası

I dövrə, VII tur

4 oktyabr (şənbə)

19:30. “Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Seymur Səlimli

M.H. adına Sumqayıt şəhər stadionu

Xatırladaq ki, VII tura oktyabrın 5-də yekun vurulacaq.

İdman.Biz