Aleksey Kaşuk: “Çempionlar Liqasındakı nağılımız davam edir”

Xəbərlər
2 Oktyabr 2025 16:01
35
Aleksey Kaşuk: “Çempionlar Liqasındakı nağılımız davam edir”

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda evdə Danimarka “Kopenhagen”inə qalib gəldikləri (2:0) oyundan sonra sualları cavabladırıb.

İdman.biz xəbər verir ki, 25 yaşlı vinger əvvəlcə matç barədə fikirlərini bölüşüb.

O, qarşılaşmada komandasının qələbə qaznmasında azarkeşlərin də rolunu vurğulayıb: “Çox inanılmaz bir oyun idi. Azarkeşlərin dəstəyi də möhtəşəm oldu. Çempionlar Liqasındakı nağılımız davam edir. Bundan sonra azarkeşlərimizi daha çox sevindirməyə çalışacağıq.”

Ukraynalı legioner öz oyunu haqqında o qədər də danışmaq istəməyib: “Ümumiyyətlə, komandanın son iki matçdakı performansı çox yüksək səviyyədədir. Biz bunun üçün çalışırıq, məşq edirik. Komandada hər şey alınırsa, bizdə də alınır.”

Kaşuk Liqa mərhələsindəki növbəti matçlara da ciddi hazırlaşacaqlarını vurğulayıb: “Oyundan-oyuna bizdən gözləntilər daha da artır. İlk qələbədən sonra da belə idi. Təbii ki, hələ çempionat matçımız var. Məşqçilər heyəti səhvlərimiz barədə bizə məlumat verəcək.”

İdman.biz