21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
İdman.biz futbolinfo.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun əsas milliyə keçidindən sonra boş qalan posta AFFA yeni çalışdırıcı təyin edib.
U-21 yığmamızı bundan sonra Rəşad Eyyubov çalışdıracaq. Fernandu Santuşun dönəmində A milliyə köməkçi məşqçi kimi gətirilən Eyyubov artıq gənclər millimizə rəhbərlik edəcək.
AFFA tezliklə təyinatı açıqlayacaq. Yeni baş məşqçi hazırda köməkçilərini müəyyənləşdirməklə məşğuldur.