“Sevilya”nın sabiq baş məşqçisi Kike Sançes Flores La Liqada çıxış edən futbolçular barədə maraqlı açıqlama verib.
İdman.biz "COPE"yə istinadən xəbər verir ki, İspaniyanın tanınmış mütəxəssisi bildirib ki, hazırda dünyanın ən yaxşı on oyunçusundan beşi İspaniya çempionatında çıxış edir.
Flores ilk "beşliy"ə Kilian Mbappe, Pedri, Lamin Yamal, Xulian Alvares və İskonu daxil etsə də, braziliyalı ulduz Vinisiusu ən yaxşılar arasında görmədiyini vurğulayıb.
Seçimini izah edən Flores deyib ki, beşinci futbolçu – İsko onun daxili poeziyasının bir parçasıdır.