Pekində "Ilgar Mamedov Fencing Center" açılıb

Xəbərlər
3 İyul 2025 17:45
149
Pekində "Ilgar Mamedov Fencing Center" açılıb

Çinin paytaxtı Pekində "Yuan Li" idman klasterində azərbaycanlı ikiqat Olimpiya çempionu İlqar Məmmədovun şərəfinə qılıncoynatma mərkəzi açılıb.

İdman.biz xəbər verir ki, mərkəz "Ilgar Mamedov Fencing Center" adlanacaq.

Qılıncoynatmanın rapira növündə 2004-cü il Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının ikiqat mükafatçısı, Avropa çempionu Renal Qaneyev mərkəzin baş məşqçisi olacaq.

İdman.biz