Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib - FOTO

Xəbərlər
1 Dekabr 2023 14:57
Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib - FOTO

Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub.

İdman.biz xəbər verir ki, Respublika Velotrekində baş tutan bağlanış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-in prezidenti Mədət Quliyev iştirak ediblər.

Ümumilikdə gender bərabərliyi gözlənilmək şərti ilə 18 nəfərin qatıldığı nəzəriyyə və təcrübədən ibarət olan kursun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Kursları uğurla başa vuranlara velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyi bildirilib.

MOK təşkilatçılığı və BOK-un dəstəyi ilə velosiped idman növü üzrə 4-cü dəfədir ki, texniki kurslar keçirilir. Bunlardan ikisi LEVEL-1, ikisi isə LEVEL-2 təlimləri olub. Gender bərabərliyi gözlənilmək şərti ilə ümumilikdə 80 məşqçi kurslardan faydalanıb.

Qeyd edək ki, velosiped idmanı üzrə təşkil olunan beynəlxalq səviyyəli LEVEL-1 texniki kursu beynəlxalq dərəcəli ekspert, federasiyanın baş katibi Elnarə Musayeva aparıb.

Banuçiçək Hüseynli
İdman.biz