Şose velosipedi üzrə ölkə çempionatında qaliblər məlum oldu - FOTO

28 İyun 2026 22:53
81
Şose velosipedi üzrə ölkə çempionatında qaliblər məlum oldu - FOTO

Şose velosipedi üzrə ölkə çempionatının ikinci yarış günündə fərdi ötüşmə növü üzrə növbəti qaliblər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, həvəskar qadınlar və kişilər, həmçinin 17 yaşadək oğlanlar arasında medalçılar məlum olub.

Həvəskar qadınların 15 km məsafəyə yarışında Natalya Vallek bütün rəqiblərini qabaqlayaraq çempion olub. Liliya Smirnova gümüş, Cəmilə İrəfiyeva bürünc medal qazanıb.

Həvəskar kişilər arasında 50 yaş və yuxarı kateqoriyada 15 km məsafədə Fizuli İsmayılov birinci yeri tutub. Yusif Nəcəfov ikinci, Etibar Həsənov üçüncü olub.

35-49 yaş kateqoriyasında Tural Mirzəzadə 15 km məsafəyə mübarizədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Röyal Mustafayev yarışı ikinci, Cavid Cavanşirov isə üçüncü pillədə başa vurub.

17 yaşadək oğlanların 2010-2011-ci il təvəllüdlülər arasında yarışında AE Cycling Schoolun təmsilçisi Raul Mahmudov qızıl medal qazanıb. O, 15 km məsafəni 21 dəqiqə, 30 saniyəyə qət edib.

Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin idmançısı Emil Vaxrameyev 21 dəqiqə, 37 saniyə nəticə ilə ikinci olub. Təhsil Respublika İdman Mərkəzi 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin üzvü İlkin Sadıqzadə isə 22 dəqiqə, 13 saniyə nəticə ilə üçüncü yeri tutub.

Qeyd edək ki, 29-30 iyunda ölkə çempionatında qrup ötüşmələri üzrə qaliblər müəyyənləşəcək.

Şose velosipedi üzrə ölkə çempionatı
28.06.2026

Fərdi ötüşmə

Həvəskar qadınlar / 15 km
1. Natalya Vallek – 22:54.35
2. Liliya Smirnova – 28:04.78
3. Cəmilə İrəfiyeva – 32:40.84

Həvəskar kişilər (50+ yaş) / 15 km
1. Fizuli İsmayılov – 22:51.65
2. Yusif Nəcəfov – 23:08.44
3. Etibar Həsənov – 23:34.04

Həvəskar kişilər (35-49 yaş) / 15 km
1. Tural Mirzəzadə – 23:02.81
2. Röyal Mustafayev – 23:05.14
3. Cavid Cavanşirov – 23:08.84

U17 oğlanlar (2010-2011) / 15 km
1. Raul Mahmudov (AE Cycling School) – 21:30.12
2. Emil Vaxrameyev (ROEQİUGVM) – 21:37.58
3. İlkin Sadıqzadə (7 saylı İOEUGİM) – 22:13.45

İdman.Biz