Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatında fərdi ötüşmə yarışları başlayıb.
İdman.Biz bildirir ki, ilk gündə 3 kateqoriyada qaliblər müəyyənləşib.
17 yaşadək qızlar arasında (2010–2011) 10 km məsafəyə mübarizədə Məryəm Hüseynova (ROEQİUGVM) 17 dəqiqə, 23 saniyə nəticə göstərərək Azərbaycan çempionu olub. Gənc oğlanlar (2008–2009) arasında 22,5 km məsafəyə keçirilən yarışın qalibi Rəhim Nağıyev (ROEQİUGVM) olub. O, məsafəni 29 dəqiqə, 49 saniyəyə qət edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin Elit/U23 kateqoriyasında isə 30 km məsafəyə fərdi ötüşmə yarışında Musa Mikayılzadə (AE Cycling School) bütün rəqiblərini qabaqlayıb və 36 dəqiqə, 31 saniyə nəticə ilə ölkə çempionu adına layiq görülüb.
Şose velosipedi üzrə ölkə çempionatı:
Fərdi ötüşmə
U17 qızlar (2010-2011) / 10 km
1. Məryəm Hüseynova (ROEQİUGVM) – 17:23.38
2. Sevinc Sultanzadə (AE Cycling School) – 19:15.57
3. Nigar Yusifzadə (Təhsil) – 19:55.73
Gənc oğlanlar (2008-2009) / 22.5 km
1. Rəhim Nağıyev (ROEQİUGVM) – 29:49.38
2. Murad Nadirov (Təhsil) – 30:25.09
3. Nihad Xudoyev (ROEQİUGVM) – 30:25.13
Elit/U23 kişilər / 30 km
1. Musa Mikayılzadə (AE Cycling School) – 36:31.58
2. Tural İsrafilov (ROEQİUGVM) – 38:23.40
3. Nofəl Nuriyev (AE Cycling School) – 38:53.13
12:55
Azərbaycanda iyunun 27-dən 30-dək şose velosipedi üzrə ölkə çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) təqdim olunacaq və milli federasiyaların reytinq hesablamalarına daxil ediləcək.
Çempionat Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Fərdi yarışlar Bakıda, qrup yarışları isə Xızı rayonunda keçiriləcək.
İyunun 27 və 28-də Xəzər rayonu ərazisində, Dreamland-Türkan avtomobil yolu marşrutu üzrə (start saat 09:00-da) müxtəlif yaş kateqoriyalarında fərdi yarışlar təşkil olunacaq.
Bununla yanaşı, Azərbaycan Velosiped Federasiyasının təşəbbüsü ilə ilk dəfə olaraq həvəskar velosipedçilər arasında da yarışlar keçiriləcək. 35-49 və 50 yaşdan yuxarı kateqoriyalarda iştirakçılar 15 kilometrlik məsafədə mübarizə aparacaqlar. Bu yarışlar iyunun 28-də baş tutacaq.
İyunun 29 və 30-da isə Xızı rayonunda qrup yarışları keçiriləcək. Yarışların yekununda ölkə çempionları müəyyənləşəcək.
