“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının maskotunun hazırlanması üçün müsabiqə elan olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) məlumat yayıb.
Federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərləri, güc və dözümlülüyü simvolizə edən Qarabağ atı seçilib.
AzVİF rəsmi maskotunun hazırlanması ilə bağlı elan etdiyi müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.
Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı mayın 10-14-ü aralığında təşkil olunacaq.
