Velosipedçilərimiz Türkiyədə beynəlxalq turnirdə yarışacaqlar

20 Fevral 2026 16:21
124
Velosipedçilərimiz Türkiyədə beynəlxalq turnirdə yarışacaqlar

Azərbaycanın velosiped idmanı üzrə yığması Türkiyənin Alanya şəhərində keçiriləcək "Grand Prix Alaiye 1.2" yarışında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Fevralın 21-də baş tutacaq yarışa Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov qatılacaq.

Komandaya baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədov rəhbərlik edəcək.

İdman.Biz