Tirreno-Adriatikdə dəhşətli qəza: Motosiklet velosipedçinin üzərindən keçdi - VİDEO

13 Mart 2026 14:28
116
Tirreno-Adriatikdə dəhşətli qəza: Motosiklet velosipedçinin üzərindən keçdi - VİDEO

İtaliyada keçirilən Tirreno-Adriatik veloyürüşünün dördüncü mərhələsində gərgin və qorxulu anlar yaşanıb. Avstriyalı velosipedçi Maykl Qoql trasda yıxıldıqdan sonra yarış motosikletinin zərbəsinə tuş gəlib.

İdman.Biz “Excelsior” nəşrinə istinadla xəbər verir ki, hadisə finişə 29 kilometr qalmış, asfaltın yaş olduğu bir şəraitdə baş verib.

Qoql yıxılaraq yerə sərildiyi anda arxadan gələn motosiklet ondan yayına bilməyərək idmançının üstündən keçib. Hadisənin ən qalmaqallı tərəfi isə motosiklet sürücüsünün dayanmadan yoluna davam etməsi olub. Zərbədən sonra Qoqlun huşunun yerində olduğu bildirilib.

Martinsikuro şəhərində başa çatan dördüncü mərhələnin qalibi niderlandlı Matye van der Pul olub. O, finiş sprintində Culio Pellizari və Halland Yohannesseni qabaqlayaraq bu mövsüm üçüncü qələbəsini qazanıb.

İdman.Biz