Sosial şəbəkələrdə gündəm olan velosipedçilər danışdı - VİDEO

Xəbərlər
19 Dekabr 2025 09:32
67
Sosial şəbəkələrdə gündəm olan velosipedçilər danışdı - VİDEO

Sürətlə dar küçələrdən keçir və pilləkənlərdan düşürlər, hər kəs onları həm həyacanla, həm də narahatlıqla izləyir. Kimisi ekstrim, kimisi hobbi, kimisi isə təhlükəli manevr kimi qiymətləndirir.

İdman.Biz Xəzər TV-yə istinadla xəbər verir ki, Bakıda velosipedlə etdikləri manevrla sosial şəbəkələrdə gündəm olan yeniyetmələr açıqlama veriblər. Onlar yaxın dost olduqlarını və asudə vaxtlarını birlikdə keçirdiklərini bildiriblər.

Velosipedə olan bu sevginin onların idman sahəsində gələcək karyeralarının başlanğıcı olduğunu deyirlər. Hər üçü idmanın bu növü üzrə peşəkar təhsil almaq üçün Avropaya üz tutacaqlarını dilə gətirir. Yeganə narahatlıqları məşq üçün şəhərdə uyğun ərazilərin olmamasıdır.

Azərbaycan Velosiped İdman Federasiyasının məşqçisi Səhər Mehman bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər insanlarda təşvişə səbəb olsa da, idmanın bu növünə yeniyetmələr arasında böyük həvəs var.

İdman.Biz
Məqalədə: