Vüqar Həşimov Memorialı ilk dəfə Qəbələdə keçiriləcək

Xəbərlər
20 Noyabr 2023 15:39
252
Vüqar Həşimov Memorialı ilk dəfə Qəbələdə keçiriləcək

Dekabrın 7-11-də görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.

İdman.biz xəbər verir ki, 10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Sayca 9-cu Vüqar Həşimov Memorialına ilk dəfə Qəbələ ev sahibliyi edəcək. Superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla baş tutacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il) isə bir dəfə turnirin qalibi olublar.

İdman.biz